Ürək əməliyyatı keçirən türkiyəli müğənni İbrahim Tatlısəs xəstəxanadan evə buraxılıb.
Axşam.az xəbər verir ki, Tatlısəs xəstəxana çıxışı müxbirlərin suallarını cavablayıb. O, müsahibə əsnasında göz yaşlarına hakim ola bilməyib və ağlayıb.
"Superin superiyəm. Mən yox, Allah bitdi demədən bitməz".
Qeyd edək ki, 72 yaşlı sənətçinin ürək qapağı dəyişdirilib. 2,5 saat davam edən əməliyyat uğurla keçib.