Xalq artisti Azərin 15 iyul Türkiyədə çevriliş cəhdinin 8-ci ildönümü ilə əlaqədar Prezident Kompleksində təşkil edilən anma mərasimində səhnəyə çıxıb. Azərin tədbirdə "Çırpınırdı Qara dəniz" mahnısını ifa edib. Prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan ifasının sonunda "Bozqurd" salamı verən Azərini alqışlayıblar.