Müğənni Ayan Babakişiyeva Əməkdar artist Elza Seyidcahanın meyxanaçıları tənqid etməsinə dəstək olub.
Axşam.az xəbər verir ki, sənətçi "show_news" səhifəsində ifaçının açıqlamasına mənfi rəy yazanlara cavab verib.
"Elza xanım kim Azərbaycan dilini, musiqisini bərbad hala salırsa, onlara deyir. Burada heç kim oturub mənə ağıllı-ağıllı yazmasın ki, sən bəs nə oxuyursan? Yaxşı bilirəm ki, hansı bəstəkarlarla işləmişəm və işləyirəm. Musiqilərimizi, kliplərimizi hansı yatırımlarla ərsəyə gətirirk... Elza xanım gözəl bəstəkar, savadlı qadın, əsl sənətin dərinliyini bilən sənətkardır. Tarixdə qalan yüzlərlə əsərləri var, içi mən qarışıq hamımız əzbər bilirik, dinləyirik. Doğru deyir ki, bizim bir dil mədəniyyətimiz var, onu xarab etməyin".
Qeyd edək ki, Seyidcahan "O bahalı avtomobil və ona bahalı nömrə, ev alan meyxanaçıdan xahiş edirəm: Sizin böyük dinləyici kütləniz var, onları səhv tələffüsünüzlə pozmayın" deyə, meyxanaçılara müraciət edib.