Müğənni Bülent Ersoy “Dünya güzellerim tatilde” layihəsindən ayrılıb.
OLAY yazır ki, buna səbəb onun makiyaj ustası Tolgahan Karataş olub.
Açıqlama yayan B. Ersoy Tolgahanın veriliş çəkilən villaya münasibətdə olduğu bəyləri gətirdiyini və uyğunsuz hərəkətlər etdiyini iddia edib.
O bildirib ki, bu səbəblə çəkiliş meydançasında problem yaşanıb, hətta makiyaj ustasını gecə villadan qovub, daha sonra isə layihəni tərk edib.
Ersoyun iddiasına görə, bu tipli münasibətlərdə layihə rəhbəri olan bəylərdən biri də yer alıb.