Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“S.O.S”un çəkiliş prosesini paylaşdı - VİDEO

“S.O.S”un çəkiliş prosesini paylaşdı - VİDEO

Xalq artisti Aygün Kazımovanın günlərdir trenddən düşməyən "S.O.S" klipinin kadrarxası görüntüləri yayılıb.

Axşam.az xəbər verir ki, çəkiliş məkanından olan videonu Pop kraliça özü paylaşıb. Görüntüdə Kazımovanın məşhur "Voque" rəqsini öyrəndiyi anlar əks olunub.

Məşhur türkiyəli şoumen Okan Bayülgenin sahibi olduğu "Dada Salon Kabarett"də gerçəkləşən çəkilişdə 60 nəfərdən ibarət yaradıcı heyət yer alıb. 

"S.O.S" təqdim edildikdən bir neçə gün sonra yutub və digər dijital platformalarda birinci olub. Ötən gün isə mahnı TikTok-da trenddə birinci yerə yüksəlib. Kazımovanın ifasına 60 minə yaxın video çəkilib. "S.O.S" yutubda 4,2 milyondan çox izlənilib və klipə 11 mindən çox şərh yazılıb.

Qeyd edək ki, sözləri Orxan Qarabasma, musiqisi Kazımcana aid olan bəstənin ekran həlli məşhur türkiyəli rejissor Selim Akara həvalə edilib. Aygün Kazımova ekran işində “Vogue” rəqs tərzinə müraciət edən ilk azərbaycanlı ulduzdur.