Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

DİN Ağadadaş Ağayevlə bağlı açıqlama yaydı

DİN Ağadadaş Ağayevlə bağlı açıqlama yaydı

Xalq artisti Ağadadaş Ağayevin balta ilə adam vurduğu haqda məlumat yayılıb. 

Daxili İşlər Nazirliyi yayılan xəbərlər barədə açıqlama verib. DİN-in mətbuat xidmətindən bildirilib ki, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini Ağadadaş Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini əlindəki, balta ilə onu hədələdiyini bildirib.

N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin araşdırmalara başlanılıb.