Xalq artisti Ağadadaş Ağayevin iştirak etdiyi dava ilə bağlı cinayət işi açılıb.
Bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, paytaxtın Binəqədi rayonunda baş verən insidentlə əlaqədar araşdırma aparılır.
Fakta görə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb. Münaqişə tərəfləri — N.Cəlilov və A.Ağayev cinayət məsuliyyətinə cəlb edilib.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, Ağadadaş Ağayevlə əlbəyaxa olan şəxsin “Medera” hospitalın mühafizəçisi olduğu bildirilir.