Xalq artisti Ağadadaş Ağayevlə "Medera" hospitalının mühafizəçisi N.Cəlilov arasında insident yaşanıb.
"Unikal"ın məlumatına görə, jurnalist Məhəmmədəli Qəribli hadisə ilə bağlı bəzi detalları açıqlayıb:
"Hadisə bu gün yox, dünən-22 iyulda səhər saatlarında baş verib. Hadisə gecəsi isə Ağadadaş Ağayev məhz "Medera"da əməliyyat olunub. Ağadadaş Ağayev "Medera" ilə çox yaxın məsafədə yerləşən, özünə məxsus olan "Büsat" şadlıq evinin həyətində özünə ikimərtəbəli ev tikib, orada yaşayır.
Hadisənin baş verdiyi günün gecəsi Xalq artisti içkili vəziyyətdə öz evində yıxılır və qulağnı zədələyir. Onu gətirirlər "Medera"ya və gecə qulağına 6 tikiş qoyurlar. Hətta MRT də olunur. Əməliyyatı da əslən Masallıdan olan bir həkim edib. Bildirilir ki, bütün bunların müqabilində Ağadadaş Ağayev "Medera"ya 1000 manat pul ödəyir. Səhər baxır ki, qulağında ağrı var, mühafizəçidən xahiş edir ki, evə bir tibb bacısı göndərsin. Nəticədə kobud cavab alır.
Sonrasını da bilirsiniz".
Qeyd edək ki, münaqişə tərəfləri — N.Cəlilov və A.Ağayev cinayət məsuliyyətinə cəlb edilib.