Əməkdar artist Şəbnəm Tapdıq atası, mərhum şair İlyas Tapdığın məzarının baxımsız vəziyyətdə olması ilə bağlı yayılan fotoya aydınlıq gətirib.
Bu haqda "Qonaqcanlı" verilişində danışan müğənni atasının məzarının üstündə olan gülqabının oğurlandığını deyib:
"Elə deyil, təmizləmişik. Bəzən arada xəstə oldum, gedə bilmədim. Uzun müddət sonra gedəndə gördüm ki, ot basıb. Hər məzarda olur. Fotonu çəkib yayana demək istəyirəm ki, niyə edirsən? Zəng vur, denən belədir. Mən də gedim təmizləyim. İnsanlıq yoxdur, bu nə hoqqadır? Atamın məzarına gülqabı qoyulmuşdu, götürüblər. Bir şəxsə zəng vurdum, dedim belə hadisə baş verib. Gətirib ikisini qoydular. Bu məzarı sən tikdirmisən, düzəltdirmisən? İndi götürüb paylaşırsan, ayıb olsun. Atamın məzarının üstündə çox işlər görəcəyəm. Atam sadə insan idi, deyirdi mənə sadə məzar edin. Amma niyə etməyim?".