Xalq artisti Ağadadaş Ağayev Binəqədi rayonu ərazisində yerləşən klinikaların birində mühafizəçi ilə mübahisə edib və ona balta atıb.
Mühafizəçi Nurəddin Cəlilov "Musavat"a açıqlamasında müğənni ilə aralarında düşən davadan danışıb. O bildirib ki, A.Ağayev onu qeyri-etiq ifadələrlə təhqir edib:
"Dedi ki, buna bax, çağırıram, deyir gələ bilmərəm. Mənə nalayiq söyüşlər söyməyə başladı. Mən də cavab verdim. O da qayıtdı ki, indi gəlirəm. Gördüm ki, əlində balta ilə gəlir üstümə. "Heç kim mənə heç nə edə bilməz" dedi. Sonra başladı var-yox, namus söyüşləri söyməyə. Gəldi iş yerimə ki, bundan sonra heç yerdə işləyə bilməzsən. Çölə çıxanda isə baltanı üstümə atdı. O da içəridə xadiməyə dəyib. Üstünə gedəndə başladı ki, yaxın gəlmə, baltanın biri də var. Üstünə getdim".