Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Bu övladıma əməyimə heyfim gəldi" - Rozadan açıqlama

"Bu övladıma əməyimə heyfim gəldi" - Rozadan açıqlama

Müğənni Roza Zərgərlinin övladlığa götürdüyü kiçik oğlu Jerard Qafarov işsiz olduğunu, yeməyə belə pul tapmadığını açıqlayıb.

Müğənni sosial media hesabında məsələyə münasibət bildirib. 

"Bir uşağa qucaq açmaq hər igidin işi deyil. Allah xatirinə bir çox kişilərin görə bilmədiyi işi gördüm. Quyuya su tökməklə quyu sulu olmur ki. İki doğma qardaş... Biri iş sahibi olmağı bacardı, zəhmətimi, əməyimi dəyərləndirdi. Digəri isə göz önündədir. Sağlıq problemi olan insanlar belə dilənmir. Bu övladıma əməyimə heyfim gəldi. Bu qədər. 26 yaşında evi olan insan boğazını dolandıra bilmirsə, yaşatdığım həyatı qoyub seçdiyi yolda uğur yoxdursa, valideyn ona nə etsin?

Şərh yazanlara sözüm budur ki, mənim bacarmadığımı düşünürsünüzsə, indi siz bacarın!". deyə, Roza vurğulayıb.

Qeyd edək ki, Jerardın qardaşı aktyor Corc Qafarovdur. R.Zərgərlinin Bənövşə adlı daha bir qızı var.