Ölkənin əsas ekstrasensi və fenomeni titulunun sahibi Bayram Nurlu yenidən Türkiyədən dəvət alıb.
SHOWNEWS.AZ xəbər verir ki, ötən il Türkiyənin ən məşhur telekanallarına dəvət alan B. Nurlunu bu dəfə verdiyi illik proqnozu ilə diqqət çəkib.
Qardaş ölkənin mediası Türkiyə və türk məşhurlarla bağlı illik proqnoz vermək üçün Bayramı dəvət edib.
Bu haqda açıqlama verən ekstrasens təvazökarlıqdan uzaq olsa da, hələ zamanını yalnız istirahətə ayırdığını bildirib:
"Məni izləyənlər "Instagram" profilimdən də görür ki, bütün günü istirahətdəyəm. Yeni il tətilimi yaşayıram. Heç hara getməyə halım yoxdur. Dəvətlər çoxdur. Təkcə türk telekanallarından deyil, Ukrayna və Rusiyadan da var. Köməkçimə demişəm hamısını iptal etsin".
Bayram əlavə edib ki, yalnız gələn ay xaricdən gələn təklifləri dəyərləndirəcək.
Qeyd edək ki, yay tətilini Türkiyədə keçirərkən Kanal D, Uçankuş TV, Show TV, Star TV və xəbər saytları Byramdan ard-arda xəbərlər verib.