Mərhum Xalq artisti Ramiz Novruzun qızı Şəfəq Novruz paylaşımı ilə gündəm olub.
AZXEBER.COM xəbər verir ki, o, qardaşı aktyor Cavidan Novruzla bağlı fikirlərini bildirərək küsülülük iddialarına son qoyub.
Şəfəq Cavidanın Rusiyada çəkildiyi film haqda paylaşım edərək bu sözləri qeyd edib:
"Canım, fəxrim, sən neynəmisən belə? Səni ayaqüstə alqışlayıram. Cavidan, yaxşı ki, varsan. Sən atamızı yaşadacaqsan, çünki istedadlısan".
Xatırladaq ki, bir müddət öncə Şəfəq Novruz və qızı Ayan, qardaşı Nəriman Novruzun xanımı Əzizə ilə qalmaqal yaşamışdı. Uzun zaman gündəmdən düşməyən qalmaqaldan sonra Şəfəq və digər qardaşı Cavidan arasında küsülülük yarandığı deyilmişdi.