Məşhur türkiyəli iş adamı Acun Ilıcalı 25 yaşlı sevgilisi Ayça Çağla Altunkaya ilə evlənir.
Cütlük Muğlada toy hazırlıqlarına başlayıb.
Bunun üçün hotel bağlatdıran iş adamı qonaqlarını ən yaxşı şəkildə qarşılamaq üçün göstərişlər verib.
Qeyd edək ki, Acun Ilıcalı bununla da 4-cü dəfə nikah masasına oturur. O, ilk evliliyini Seda Başbuğla edib və Banu adlı qızı olub.
Ilıcalının ikinci evliliyi Zeynep Yılmazla olub. Bu evlilikdən Leyla və Yasemin dünyaya gəlib.
Ən sonuncu isə 2017-ci ildə Şeyma Subaşı ilə evlənib, bir il sonra boşanıb. Onların Melisa adlı bir qızı var.