Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Flora və Afət məhkəməsi bitdi - BARIŞDILAR

Flora və Afət məhkəməsi bitdi - BARIŞDILAR

Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə iclası keçirilib.

APA xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Məhkəmə şikayət üzrə prosessual müddətin ötdüyünü nəzərə alaraq, işə xitam verib.

Eyni zamanda tərəflər arasında barışıq əldə olunub.

Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edib. Xüsusi ittiham qaydasında Binəqədi Rayon Məhkəməsinə müraciət olunub.

 

Flora Kərimova sosial media hesabında paylaşım edərək, barışmadığını açıqlayıb.