Müğənni Kərim Abasov həbsxanada yatan prodüser Təranə Səmədovaya baş çəkib.
Kürdəxanı həbsxanasının önündə xeyli ərzaq yardımı ilə sənətçinin görüntüləri SHOWNEWS.AZ saytının instaqram hesabına göndərilib.
SHOWNEWS.AZ-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, müğənni Təranə Səmədova üçün həbsxanaya gedib.
Xatırladaq ki, K. Abbasov daha öncə televiziya verilişlərində də T. Səmədovaya yardım etdiyini açıqlayıb.
Qeyd edək ki, cütlük evli olub. Onlar qalmaqallı şəkildə ayrılıb. Bu evlilikdən onların övladı olmayıb.