Müğənni və bəstəkar Murad Arif ailəsi ilə birgə Şuşaya yollanıb.
Bununla bağlı sənətçi sosial şəbəkə hesabında paylaşım edib. O duyğularını belə ifadə edib: “Anamı nəvələriylə əcdadlarımızın yurduna gətirdim… Yaşlı nəsil üçün doğma yerləri görmək bir həyəcan, balacaların yurdlarıyla tanış olmaları başqa həyəcan… Kimisi uşaqlıq, gəncliyindən bələddir, kimisi yalnız kitablardan, şəkillərdən… Nə yaxşı ki, qayıtdıq. Çox heyif şəhid oğullardan. İkili duyğular…”
Qeyd edək ki, II Qarabağ müharibəsi dönəmində, Murad Arif çağırış edərək Silahlı Qüvvələrin Yardım Fonduna 600 min manat toplamışdı.