Uzun müddətdir Amerikada yaşayan jurnalist Qənirə Ataşovanın səhhətində problem yaranıb.
Bu haqda o, sosial şəbəkə hesabında məlumat yayıb. Ataşova bildirib ki, Vertiqodan (başgicəllənmə) əziyyət çəkir.
"Üç gündür Vertiqo məni darmadağın edib. Son bir ayda dördüncü dəfə baş qaldırdı. Müalicə və baş hərəkətlərini edirəm, amma hələ də faydası yoxdur" deyə, o bildirib.
Qeyd edək ki, Q. Ataşova uzun illərdir övladları ilə birlikdə ABŞ-də yaşayır.