Məşhur türkiyəli fenomen Dilan Polat azadlığa buraxılıb.
Axşam.az xəbər verir ki, məhkəmə onun istintaq müddəti üçün sərbəst buraxılmasına qərar verib.
Dilan Polatın bu gün cəzaçəkmə müəssisəsindən buraxılacağı gözlənilir.
Qeyd edək ki, Türkiyədə keçirilən əməliyyatlar çərçivəsində ötən il noyabrın 1-də fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb.
Onlar çirkli pulların yuyulmasında ittiham olunur.