Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri zamanı keçirilən qəbulda təqdim olunan yemək menyusu açıqlanıb.
“Qafqazinfo”nun məlumatına görə, yemək masasına qara kürü, kükü, qızardılmış badımcan salatı, qızardılmış düşbərə və soyuq şorba düzülüb.
Bundan başqa, ət və göy qutabları da ali qonağın şərəfinə menyuda yer alıb. Rusiya lideri milli mətbəximizdən yarpaq dolmasının da dadına baxıb.
Menyuda qızardılmış alabalıq da olub. Bundan başqa, masaya təndirdə qızardılmış keçi də gətirilib.
Milli şirniyyatların da yer aldığı menyuda şərablar da yerli olub.