Yeni ana olan müğənni Aysun İsmayılova ona yazılan pis şərhlərə cavab verib.
Ailəsi ilə fotolarını paylaşan Aysun bu sözləri qeyd edib:
“Rəylərinizi uşaqdan vaxt tapdıqca oxuyuram. Hər birinizə gözəl dualarınız, xoş sözləriniz üçün çox təşəkkür edirəm. Allah hər ailəyə bu sevinci yaşatsın.
Gələk mənfi rəy yazanlara… İnanın, yazdıqlarınızı oxuyanda ailəmlə sizi lağa qoyub, gülürük. Qayınanam, qayınatamla çox maraqlanırsız. Onlar şou-biznes adamı deyil ki, çəkim göstərim. Çox ağır tebiətli ve bəlli bir yaşa çatmış insanlardılar. Narahatsız ki, xəstəxanada niyə yox idilər? Əslində gözümü açanda ilk qayınanamı gördüm. Maşallah, münasibətimiz çox gözəldir. Siz bizə görə narahat olmayın. Bizim çox güclü, sevgi dolu ve özünə hörmət edən ailəmiz var. Şükür ki, bu cür hörmətli mədəni ailənin gəlini ve şıltaq qızlarıyam”.
Qeyd edək ki, vəkil Ramil Vəliyevlə evli olan ifaçının Sevgi adlı qız övladı doğulub.