Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Tarkan qızını ilk dəfə məktəbə yola saldı

Tarkan qızını ilk dəfə məktəbə yola saldı

Hazırda yeni “Kuantum 51” albomu ilə gündəm olan Türkiyənin meqastarı Tarkan qızı Liya ilə bağlı diqqət çəkən paylaşım edib.

OLAY yazır ki, pop ulduz qızının məktəbdəki ilk gününü sosial şəbəkə hesabında paylaşıb.

Fotolarda sənətçinin həyat yoldaşı Pınar Dilek də yer alıb.

Ara-sıra üzünü göstərmədiyi qızı Liya ilə izləyiciləri ilə xoş anlar paylaşan Tarkan bu dəfə övladının məktəbə ilk qədəmlərini qoyduğunu açıqlayıb.

Tarkan sözügedən paylaşımına bu sözləri yazıb:

“Bu gün qızımızın ilk dərs günüdür... Həm sevinirik, həm də kədərlənirik. Zaman çox tez keçir, onlar tez böyüyürlər. Uşaqların məktəb həyatı onlar üçün asan yol deyil. Biz analar və atalar olaraq bacardığımız qədər onların təhsili üçün bütün sevgimiz, diqqətimiz, səbrimiz, anlayışımız və dəstəyimizlə yanında olmalıyıq. Səni çox sevirik, hər zaman səninləyik, əziz Liyamız”.

Qeyd edək ki, 2016-cı ildə Pınar Dileklə ailə quran məşhur sənətçi Tarkan Tevetoğlu 2018-ci ildə ilk dəfə ata olmaq sevincini yaşayıb.