Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

12 milyon manata 4 malikanə tikdirib

12 milyon manata 4 malikanə tikdirib

Türkiyəli aktyor Burak Özçivit gəlirini daşınmaz əmlaka yatırmağa davam edir.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor Bodrumda hər birinin dəyəri 60 milyon lirə olan (ümumilikdə 12 milyon 48 min manat) 4 malikanə tikdirib. O, həyat yoldaşı Fahriyə Evcen və övladları ilə birgə evlərdən birinə köçüb.

Qeyd edək ki, aktyor "Kuruluş Osman" serialından hər bölümə görə 750 min lirə məvacib alır. O, ötən il reklam çəkilişindən 80 milyon lirə və Dubayda tədbirdə iştirak etdiyi üçün 100 min dollar gəlir əldə etmişdi.