"Aygün Kazımova doğrudan da bir lokomotivdir. O, dəbi dəyişdirə və müğənnilərə, stilistlərə yeni obrazlar təqdim edə bilir".
AZXEBER.COM xəbər verir ki, bunu prodüser, aparıcı Tarix Əliyev sosial mediada yazıb.
O bəzi ifaçıları Kazımovanı təkrarlamaqda ittiham edib:
"Mən bunu açıq-aşkar müşahidə edirəm. Düzdür, bu lələkli obrazlar 10 il bundan əvvəl dəbdə idi - məsələn restoranlarda rəqqaslar bu geyimləri geyinirdi, yəni bu obrazlar hər zaman mövcud olub. Lakin demək olar ki, son illərdə şou-biznesdə bu lələkli obrazlardan istifadə edilmirdi. Aygün Kazımovanın festivaldakı çıxışından sonra isə bir çox müğənnilər, hətta konsertlərdə də bu obrazı təkrarlamağa başladılar, fotosessiyalar çəkdirdilər. Beləliklə, Aygün Kazımova doğrudan da bir lokomotivdir. O, dəbi dəyişdirə və müğənnilərə, stilistlərə yeni obrazlar təqdim edə bilir. Ancaq bunun bir tərəfi də var ki, bu obrazlar hər kəsə uyğun olmur".