Müğənni Ayan Babakişiyeva tıxaclardan gileylənib.
Sənətçi şəhərdə hər yerdə qazıntı işləri aparıldığını və yolların tıxac olduğunu bildirib.
"Fərq etmir, artıq Bakıda səhər, günorta, axşam, gecə nə məsələdir başım çıxmır. Bu qədərmi hər yer bir anda qazılmalıdır? Görmüşük hər tərəfdə gecələr iş görülər. Elə bil ki arxeoloji qazıntı aparılır. Şəhər bu qədər tıxac ola bilməz... Hara gedirsən tıxac. Bəzi özəl məktəblər başlayır. Sentyabrın 15-də bütün məktəblər açılandan sonra sonra nə olacaq?" deyə, Ayan paylaşımında əlavə edib.