Aparıcı Çinarə Əliyeva həkim həyat yoldaşı Ruslan ilə "youtube"da yayımlanan verilişlərdən birinə qonaq olub.
AZXEBER.COM xəbər verir ki, aparıcı qısqanclıqla bağlı sualları cavablandırıb.
O, həyat yoldaşının işini əsas gətirərək bunları deyib:
"Mən Ruslanı qısqansam, ac qalaram. Çünki ordan mənim evimə pul gəlir. Hər nə qədər öz işim olsa da, bu başqa şeydir. Gecə saat 12 olan kimi xanımlar başlayır Ruslana şəkil atmağa. Orasını, burasını çəkib atırlar. Ona da deyirəm ki, sən mənə xəyanət etsən də, telefonda şəkil tapsam da sənə isbat edə bilməyəcəyəm. Deyəcəksən ki, xəstələrimdən biridir. Ona görə Ruslan ömrünün axırına kimi bu məsələdə qarantiyalıdır".