Müğənni Xatirə İslam ötən gün səhifəsində paylaşdığı şəklə fotoşop etməsi iddialarına cavab verib.
Sənətçi bununla bağlı instaqram səhifəsində paylaşım edib:
"O şəkildə heç bir fotoşop yoxdur. Bədən düzəldə bilmirəm. O bacarığım yoxdur. Mən ancaq fotoda üzə filter verə bilərəm. Bacarsaydım, o şəkildə ancaq qolumu düzəldərdim, böyük düşmüşdü. Haqqıma çox girirsiniz. Amma bir tərəfdən də yaxşıdır. Gör necə maraqlı düşmüşəm ki, elə bilirsiniz ki, fotoşop etmişəm. Amma heç nə etməmişəm. Nə varsa, odur".