Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Azərbaycan polisinə inanıb və güvənirəm” - İLK AÇIQLAMA

“Azərbaycan polisinə inanıb və güvənirəm” - İLK AÇIQLAMA

Müğənni Kərim Abasov yaşadığı insidentdən sonra ilk açıqlama edib  

O, başına gələn xoşagəlməz hadisəni şərh edib. 

"Mənim üçün üzülən dostlarım və sevənlərim. Hər qaranlıq gecənin bir sabahı var…Azərbaycan polisinə inanıb və güvənirəm. İnanıram ki, haqq-ədalət öz yerini tapacaq". 

Qeyd edək ki, DİN-in Mətbuat Xidməti məsələ ilə bağlı açıqlama yayıb. Bildirilib ki, sentyabrın 10-da axşam saatlarında paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq saraylarından birində baş vermiş insidentlə bağlı qarşılıqlı şikayətlər əsasında ərazi polis orqanında təhqiqat araşdırması başlanılıb. Tərəflərin ərizə və izahatları alınıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.