Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

İbrahim Tatlısesin qızı Dilan təyyarədə dava etdi

İbrahim Tatlısesin qızı Dilan təyyarədə dava etdi

Türk Hava Yollarının Bodrumdan İstanbula gələn təyyarəsində sərnişin Dilan Çıtak Tatlısəsin stüardessanı döydüyü iddia edildi. Dilan Çıtak Tatlısəs həbs olundu.  

AirportHaber-in əldə etdiyi məlumata görə, Türk Hava Yollarının TK2521 reysi ilə Bodrumdan İstanbula gələn təyyarənin sərnişinlərindən olan İbrahim Tatlısəsin qızı, müğənni Dilan Çıtak Tatlısəs kabin bələdçisinə hücum edib. Yaranan mübahisə zamanı stüardessanı döydüyü iddia edilən Dilan Çıtak Tatlısəs üçün təyyarəyə polis gəlib.  

THY təyyarəsi İstanbul Hava Limanına enəndən sonra təyyarəyə daxil olan polis əməkdaşları Dilan Çıtak Tatlısəsi saxlayaraq polis idarəsinə aparıblar. Kabin bələdçisinin vəziyyətinin yaxşı olduğu bildirildi. Hadisə ilə bağlı istintaq davam edir.