Aparıcı Zümrüd Bədəlova ARB TV-i ilə yollarını ayırıb.
Bu haqda o, özü məlumat yayıb. O bildirib ki, artıq ATV-də çalışmağa başlayıb:
"İllərdir səhər efiri ilə qarşınıza çıxdım. ARB və "SOY" şirkəti ilə birgə təqdim etdiyimiz “Xəbər-ətər” və maqazin layihəmiz “Sözbaz” çox uğurlu və baxımlı oldu. Əməyi keçən hamıya təşəkkür edirəm. Bu mövsüm ATV-dəyəm. Həftə içi hər gün çox mövzunu əhatə edən proqramla efirə hazırlaşırıq. Hamı bilir ki, televiziya həyatına məhz ATV-dən başlamışam. Geri dönməyin həyəcanını yaşayıram. İzləyicilər illər sonra məni fərqli saatda görəcəklər. Daimi tamaşaçılar, yeni heyət və mənim üçün xeyirli olsun".