Azadlığa buraxılan türkiyəli fenomen Bahar Candan ilk dəfə həbs həyatından danışıb.
O, həbxsana həyatında ailəsi və sevgilisi üçün çox darıxdığını, vaxtını dərslərinə sərf etdiyini deyib:
"Həbsxanada dərslərimi oxudum. Uzun müddətdir ki, məktəbə getmirdim. Ailəmdən, sevgilimdən çox uzaqlaşdım. Çox kilo almışam və indi çox çirkinəm. 10 ay mənim üçün çox yaxşı oldu. Valideynlərimin mənə öyrətdiklərini xatırlamaq idi. Onlara qayıdacağım üçün çox xoşbəxtəm".
Xatırladaq ki, bir il əvvəl dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.
Eyni iş üzrə mühakimə olunan 6 şübhəlinin hamısı sərbəst buraxılıb.