Xəzər Tv-də yayımlanan “5-də 5” verlişinin bugünki efirində qalmaqal yaşanıb.
Axşam.az xəbər verir ki, proqramın qonaqları sırasında Təranə Qumral və Musa Musayev cütlüyü olub.
Aparıcı Zaur Kamal bir neçə dəqiqə sonra müğənni Könül Kərimovanın da proqrama qatılacağını və Təranə-Musa cütlüyünü onunla barışdıracağını deyib. Təranə Qumral isə Könül Kərimova ilə aralarında heç bir problem olmadığını bildirib.
Təranə-Musa cütlüyünün studiyada olduğunu bilən K.Kərimova efirə qatılmaqdan imtina edib. Müğənni ilə telefon əlaqəsi yaradan Zaura Könül onlar studiyanı tərk etdikdən sonra gələcəyini bildirib.
Verilişin ikinci hissəsində Kərimova və Nüşabə Ələsgərli olub. Bu zaman Təranə yenidən studiyaya daxil olub. Bunu görən Könül isə verilişi yarımçıq tərk edib və Zauru düzgün hərəkət etməməkdə günahlandırıb.