Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Problemləri bölüşüb gileylənməyi düzgün hesab etmirəm” - Brilliant Dadaşova

“Problemləri bölüşüb gileylənməyi düzgün hesab etmirəm” - Brilliant Dadaşova

Karantin rejimi ilə bərabər dayandırılmış iş sahələri müğənnilərin də maddi durumuna təsir edib.

Pandemiya ərəfəsində ciddi maddi sıxıntılar yaşayan sənətçilər tez-tez bundan gileylənir, karantinin tezliklə bitməsini arzulayırlar.

 

SHOWNEWS.AZ xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Brilliant Dadaşova sıxıntıları olsa da maddi durumundan şikayətlənməyi sevmədiyini deyib:

"Mən şikayət etməyi sevmirəm, amma sözsüz ki, nəsil böyükdür, bizim də müəyyən çətinliklərimiz olur. Onsuz da hazırda hamı işsizdir, bizim də bəxtimiz elə gətirib ki, bacılarım da musiqiçidir və onlar da işsizdirlər. Hər insanın öz daşıya biləcəyi, həll etməli olduğu problemləri var. İnsanlar gərək başqaları ilə ancaq sevincini bölüşsün. Problemləri bölüşüb gileylənməyi düzgün hesab etmirəm. Əlbəttə ki, hazırda hamıya çətindir, biz istisna ola bilmərik. Bir ildir işləmirik. Amma bu mövzuları çox qabartmaq istəmirəm, çünki bunlar el arasında danışılacaq şeylər deyil. Mən şikayət edib, gileylənməyə qalxsam, deyəcəklər ki, hamının problemi var.

Allah özü kömək olur, yaşayırıq və yaxşı günləri gözləyirik. Nə qədər çətin olsa da, biz ümidliyik".