Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Kanyenin ayaq basdığı ​​buğdalar satışa çıxarıldı

Kanyenin ayaq basdığı ​​buğdalar satışa çıxarıldı

Çində Kanye Uestin Haynan adasının cənubunda verdiyi konsert zamanı üzərində dayandığı buğdaların hər biri 43 dollara satışa çıxarılıb.

Axşam.az xəbər verir ki. bu barədə "South China Morning Post" məlumat yayıb.

Bu, reperin Çində ilk konserti olub. Üç dəqiqə ərzində azarkeşlər 30 min bilet alıb, daha 225 min nəfər isə növbədə qalıb.

Sentyabrın 15-də reper buğdaya bürünmüş stadionda böyük tamaşaçı kütləsi qarşısında çıxış edib.

Beş gün sonra isə konsert məkanının əməkdaşı tədbirdəki buğdanın əslində plastik olduğunu və real görünməsi üçün sprey boya ilə boyandığını bildirib.