Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Nə xoş ki, məni Elza xanıma bənzədirlər”

“Nə xoş ki, məni Elza xanıma bənzədirlər”

Müğənni Ayan Babakişiyeva son günlər tərzi ilə Əməkdar artist Elza Seyidcahanı xatırlatmasına reaksiya verib. 

Sənətçi "Qonaqcanlı" verilişində ona ünvanlanan "Son vaxtlar qeyri-adi saç düzümü edirsən. Elza Seyidcahanı keçdiyini deyirlər" sözlərinə belə reaksiya verib:

"Bunu başqa verilişdə də dedilər ki, Elza Seyidcahana bənzəyirəm. Elza xanımı çox sevirəm. Xasiyyəti o qədər gözəldir ki... Səhnə adamı yaradıcı olmalıdır. Xanımı heç xanım başa düşmür, o ki qala kişilər. Elza xanım gözəl bəstəkar, sənətçidir. Nə xoş ki, məni Elza xanıma bənzədirlər. Bizdən danışmırlarsa, bilin ki, yoxuq".