Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Sumru Yavrucuk Bakıda monotamaşası ilə heyranlarının qarşısına çıxdı - FOTOLAR

Sumru Yavrucuk Bakıda monotamaşası ilə heyranlarının qarşısına çıxdı - FOTOLAR

Bakıda Türkiyənin məşhur kino və teatr aktrisası Sumru Yavrucukun “Shirley Valentine” adlı monotamaşası baş tutub.  

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında baş tutan gecə @caspian_media_group’un təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilib.  

İkipərdəli monotamaşanı seyr etməyə gələnlər sırasında Mədəniyyət Nazirliyinin nümayəndələri, iş adamları, Xalq artistləri, Əməkdar artistlər, bir sıra nüfuzlu şirkətin nümayəndələri yer alıb.  

Sumru Yavrucuk teatrsevərlərə unudulmaz anlar yaşadıb. Tamaşa zamanı Xalq artisti Brilliant Dadaşovanın ifasında məşhurlaşan Eldar Mansurovun “Bayatılar” mahnısına da yer verilib.   Alqışlarla qarşılanan və gül yağışına tutulan S.Yavrucuk media nümayəndələri ilə də həmsöhbət olub.   

Gündəlik həyatının darıxdırıcılığında itib-batan və bir çox qadınlar kimi yuxularını belə unudan Şörli Valentaynın hekayəsi tamaşaçıları həm güldürüb, həm də düşündürüb.  

Anşlaqla keçən tamaşada Yavrucuk dəqiqələrlə ayaqda alqışlanıb.