Müğənni Elvin Babazadə “oYanmadan öncə” adlı yeni layihəsinin qısa anonsunu sosial media hesabında izləyiciləri bölüşüb.
Bu layihəsi üçün sənətçi indiyədək instaqram hesabında paylaşdığı bütün postları silib.
Anonsda tanınmış 2 xanım aparıcı - Afaq Gəncəli və Zümrüd Bədəlova Elvin haqda qısa nitq söyləyir.
Tizerdə ən çox diqqət çəkən məqam Elvin haqda deyilən bu sözlər olub.
“Onun səhnəsi bir həyat, həyatı isə başqa bir səhnədir”.
Mahnının adı “oYanmadan öncə” də ikili məna daşıyır. “O yanmadan öncə” və “Oyanmadan öncə”…
Qeyd edək ki, E. Babazadə bu layihəni yaradıcılığının ən böyük projesi adlandırıb. “oYanmadan öncə”nin təqdimatı bu ayın 11-i baş tutacaq.