
ARB TV-nin “Səhər-Səhər” verlişinin növbəti qonağı Səmra Rəhimlinin anası İlhahə Baxşıyeva olub.
SHOWNEWS.AZ xəbər verir ki, Səmranın anası qızının geyimləri ilə bağlı təhqiramiz ifadələr səsləndirənlərə fikir bildirib:
“Səmranın “Eurovision” mahnı müsabiqəsində qırmızı xalıda geyindiyi bütün paltarlar müzakirə olundu. Hər şey yazıldı. Başa düşürəm. Amma o mühit onu, o cür geyimi tələb edirdi. İslam oyunlarında Səmranın geyimini hamı gördü. Deməli yeri gələndə, lazım olanda bağlı da geyinəcək, qısa da geyinəcək. Baxır janıra, baxır hansı səhnədədir, harada oxuyur”.