Xalq artisti Aygün Kazımova yeni fotossesiyasını təqdim edib.
Qlamur obraz yaradan pop kraliça ekstravaqant tərzi ilə də diqqəti üzərinə çəkib.
3 fərqli obraz yaradan Aygün Kazımova hər geyimdə saç rəngini də dəyişib. Divanın obrazı üzərində böyük komanda çalışıb.
Belə ki, divanın sitili üzərində illərlə ən böyük projelərində yanında olan Ruxa çalışıb. Makiyaj isə Moskvada yaşayan və Rusiyanın super ulduzlarını make-up edən vizajist Stas Kremlyov edib. Stas aylardır Aygün Kazımovanın şəxsi vizajistidir. Və şəxsən pop divanın istəyi ilə Azərbaycana köçüb.
Pop divanın saç stili isə Roman Məmmədova aiddir.
Fotoların müəllifi Ruslan Nəbiyevdir.