Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Elvin Babazadə son layihəsinə 20 min manat xərcləyibmiş…

Elvin Babazadə son layihəsinə 20 min manat xərcləyibmiş…

Xəbər verdiyimiz kimi, müğənni Elvin Babazadə ötən gün “oYanmadan öncə” adlı yeni klipini təqdim edib. 

 

Yeni klipi haqda danışan sənətçi bu klipini ərsəyə gətirmək üçün 6 aydır çalışdığını bildirib:

 

“Bu proje bu günə qədər sənətimdə həm mənəvi, həm də material baxımdan ən böyük və çətin işlərimdən biridir. Bir günlə həll edilməyəcək bu çəkisi olan əsər üçün yarım ildir çalışıram. Hər adamın da bu işin dərinliyini görməyəcəyini bilərək, komersiya işi olmadığını anlayaraq bu addımı atmışam. Mahnılarda bir növ ticarətə bənzəyir. Ucuz malın alıcısı çox olur, lakin əksəriyyət bilir ki, keyfiyyətsizdir. Zərin isə qiymətini zərgər bilir. Çox sevindim ki, zövqlü, ruhu dolu tamaşaçılar klipimi bəyəndi. Bu böyük əsərdir. Böyük orkestr müşayiət edib. Keyfiyyətli işə önəm verən insanlar bu klipi izləyib, həzz alacaq. Klipdə hər nüansa, hər detala xüsusi yanaşılıb”.

 

Elvin Babazadə klipə sərf olunan məbləği açıqlamasa da, əldə etdiyimiz məlumata görə “oYanmadan öncə” layihəsi sənətçiyə 20 min manat xərcləyib.