Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Mənə oğul lazımdır?” deyən “tiktokçu” qadın CƏRİMƏLƏNDİ

“Mənə oğul lazımdır?” deyən “tiktokçu” qadın CƏRİMƏLƏNDİ

“Renka” kimi tanınan tiktoker Rəna Cəfərova cəzalandırılıb.

R.Cəfərova sosial şəbəkələrdə yaydığı videoda qeyri-etik paylaşımına görə polisə dəvət olunub.

Buna səbəb onun canlı yayım zamanı azyaşlı övladını alçaltması olub. Belə ki, o, “Neynirəm oğlu? Mənə oğul lazımdır?”, - deyə fikirlər səsləndirib. Onun bu sözləri izləyicilər tərəfindən xoş qarşılanmayıb.

R.Cəfərova barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunla yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə) maddəsi ilə protokol tərtib olunub.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə o, həmin maddə əsasında 700 manat məbləğində cərimələnib.