Müğənni Kərim Abbasov toyda ən çox yığdığı şabaşın məbləğini açıqlayıb.
Bu barədə sənətçi Xəbərin var?” verilişində danışıb. O, 12 il bundan əvvəl Moskvada keçirilən yəhudi məclislərinin birində 28 min dollar şabaş yığdığını bildirib:
"28 min dollar şabaş yığmışdım. Röya ilə ifa edəndən sonra bizi qonaqların yanına rəqsə dəvət etdilər və böyük bir dairəyə aldılar. O qədər şabaş verdilər ki, səhərə qədər o pulu saydıq. Bu, 10-12 dəqiqə arasında baş verdi. Röya həmin toya yaxşı məbləğə gəlmişdi, 45 min dollar pul almışdı. Röyanın doğum gününə təsadüf etdiyindən toya gəlmək istəmirdi”.