"Yalı çapkını"nda çəkiləndə hamının mənə qarşı marağı var idi. Xanımlar mənə yaxınlaşıb deyirdi ki, hamı səndən danışır, biz səni daha böyük layihələrdə görəcəyik. Çəkiliş meydançasında 100 nəfərə qədər insan var idi. Mənə dedilər ki, heç kim onların diqqətini çəkmir, amma haradan keçirsənsə, hamı sənə baxır və maraqlanır".
Bu sözləri aktrisa Ülviyyə Xəlilbəyova "Xəbərin var?" proqramında deyib. Sənətçi "Yalı çapkını" serialında çəkilməsindən danışıb. O, ekran işinin baş rol ifaçısı Afra Saraçoğlunun onu qısqanması haqda suallara belə reaksiya verib:
"Burada sevərək izlədiklərimi orada görəndə dedim ki, necə fərqlidirlər. Baş rol ifaçısı Mərd Ramazanoğlunu (Ferit obrazını oynayır - red.) sevmirdim, yekəxana, eqolu təəssürat bağışlamışdı. Amma gördüm ki, çox yetkin, orada görsəndiyi kimi şorgöz deyil, səmimidir. Amma Afranı (serialda Seyran obrazını oynayır - red.) çox sevirdim, orada gördüm ki, fərqlidir. Mənə yaxınlaşdı və eqosunu göstərdi. Bu haqda danışmaq istəmirəm, yoxsa onun danışıq tərzini deyərdim. Həddindən artıq çox kaprizli aktrisa idi".