Türkiyəli məşhur aparıcı Okan Bayülgen sosial şəbəkələr barədə mənfi düşüncədə olduğunu açıqlayıb.
SHOWNEWS.AZ xəbər verir ki, aparıcı İnstaqramın qorxunc bir şəbəkə olduğunu deyib:
"Nifrət edirəm. Bu qədər çirkinliyin olduğu başqa bir yer tanımıram. Ağıl xəstələri ilə dolu mağazaya oxşayır. Orqan, qadın ticarəti, narkotik maddələr, nə axtarsan, taparsan. "Tik-Tok"da rəqs edənlər ağılsızdır. Gənclər bərədə ümidli olmamağımız üçün göstəricidir. Bu uşaqların 15 IQ səviyyəsi vardısa, telefon 5-ə endirib".
// axsam.az