Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Rozanın mahnısı xarici dövlətlərin musiqi hit paradlarında - VİDEO

Rozanın mahnısı xarici dövlətlərin musiqi hit paradlarında - VİDEO

Müğənni Roza Zərgərlinin "İstədim" adlı son mahnısının uğurları artmaqda davam edir. 

Belə ki, mahnı Qazaxstanın "iTunes" musiqi çartında TOP 10-luğa daxil olub. Hazırda mahnı Qazaxstan "iTunes"ində ən çox satılan 9-cu mahnıdır. Azərbaycanda isə 24-cu pillədə qərarlaşıb.

"Shazam" musiqi axtarışı platformasında da R. Zərgərlinin mahnısı əcnəbilərin marağını cəlb edib. Qazaxstan yenə də liderliyini qoruyub. Qazaxstanda "İstədim" 8-ci pillədədir. 
Mahnı ölkəmizdə 25, Ukraynada isə 89-cu yerdədir.

Xatırladaq ki, mahnı eyni zamanda Gürcüstan, Qazaxstan, Azərbaycanın "YouTube" trendində yer alır. Ölkə trendində hazırda 9-cu pillədə olan mahnıya  "TikTok"da isə 40 mindən çox insan video çəkərək paylaşım edib.