Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Narahat olmayın, hesabım qayıdacaq və mübarizəmi davam edəcəyəm” - Qənirə Ataşova

“Narahat olmayın, hesabım qayıdacaq və mübarizəmi davam edəcəyəm” - Qənirə Ataşova

Tanınmış telejurnalist, bloger Qənirə Ataşovanın instaqram hesabı bağlanıb. 
 

SHOWNEWS.AZ xəbər verir ki, bu haqda Xəzər TV-nin xəbər aparıcısı Nigar Mahmudova həmkarının adından paylaşım edib:

"Narahat olmayın, hesabım qaytarılacaq və mübarizəmi davam edəcəm".

Nigar Mahmudova bildirib ki, məsələ ilə bağlı Qənirə Ataşova ABŞ-də prokurorluğa müraciət edib:

"Qənirə Ataşova saxta həkimlərin sifarişi ilə instaqram səhifəsinin bloklanması ilə bağlı ABŞ-nin 6 ştatının baş prokurorluğuna rəsmi müraciət edib. Hazırda bütün rəsmi prosedurlar həyata keçirilir".

Qeyd edək ki, Q. Ataşova instaqram hesabında tibbi təhsili olmayan, amma həkimlik edənlərə qarşı "səlib yürüşü" keçirirdi. Mövzu ölkə gündəmini zəbt edib.