"Türkiyənin televiziya kanallarına baxanda görürük ki, orada müğənnini 50 nəfərdən ibarət orkestr müşayiət edir. Bizdə isə cəmi 4 nəfər insan oturur".
Bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli "7 tamam" verilişində deyib. Müğənni verilişlərə bayağı mahnı ifaçılarının çağrılmasını tənqid edib:
"Ollmaz ki, onlarda olan kimi bizdə də 50 nəfər musiqiçi otursun və böyük ləzzətlə ifa edək? Bu sözlərimlə verilişdə əyləşən musiqiçilərimizi aşağılamaq istəmirəm. Söhbət sistemdən gedir. İstəyirəm ki, skripkaçılar, nəfəs, simli və zərb alətlərinin ifaçıları əyləşib musiqilər çalsınlar biz də, tamaşaçılar da onları dinləyərək zövq alaq. Nə qədər səviyyəsiz musiqiyə sponsorluq etmək olar?".