Müğənni-bəstəkar Murad Arif Məmişxan adlı ifaçını efirə dəvət edən kanalları sərt tənqid edib.
O, fikirlərini facebook sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb:
"Ölkəmizdə niyə kanallar azalmır?
Səhər-günorta-axşam müğənni danışır, müğənni boğuşur, müğənni bişirir, müğənni soyunur, geyinir, müğənni ağıl öyrədir, əxlaq dərsi verir, müğənni açıq ürək əməliyyatı edir, müğənni atom parçalayır... MÜĞƏNNİDƏN BAŞQA kontent yapa bilmir bu adamlar!!! Madam ki, BÜDCƏ YETMİR, madam ki, maliyyələşmir, madam ki, efir qalır özbaşına, madam ki, kanallar mamaginekoloq və sosiska pulu ilə işçi saxlamaq məcburiyyəti yaşayır, niyə (bağlanmır) birləşmir bunlar? Ya da maliyyələşdirin bunu və KEYFİYYƏT tələb edin.. Peykdə erməni-gürcü efirlərini görüb, öz günümüzə nə qədər utanacağıq? Azərbaycan Respublikası Audiovizual Şurası, özünüz yaxşısınız?!".