Müğənni Şəbnəm Qəhrəmanova növbəti dəfə əməliyyat olunub.
Bu haqda sənətçi SHOWNEWS.AZ-a özəl açıqlamasında məlumat verib. Ş. Qəhrəmanova bildirib ki, burun və qolları üçün cərrah masasına uzanıb:
"10 ildir ki, nəfəsalma ilə bağlı problem yaşayırdım. Çətin nəfəs alırdım. Bunu hətta izləyicilərimdən də yazan var idi. Nəhayət qərar verdim və əməliyyat olundum. Eyni zamanda qollarım çox kök və əzələli idi. Bir də qollarımı incəltmək istədim".
Qeyd edək ki, müğənni daha öncə də bir neçə əməliyyat edib.