Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Natiq Şirinov 55 minlik məhkəməni uduzdu

Natiq Şirinov 55 minlik məhkəməni uduzdu

Xalq artisti Natiq Şirinovla ritm qrupunun keçmiş üzvü Ramil Cahangirov arasında məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, işə Sumqayıt Şəhər Məhkəməsində baxılıb.

Cavabdehin vəkili Gülşən Salmanovanın sözlərinə görə, hakim Natiq Şirinovun 55 min manatlıq təzminat tələbini əssasız sayaraq rədd edib.

Qeyd edək ki, Xalq artisti “Amarok” zərb alətlər qrupunun rəhbəri Ramil Cahangirovu qavaldaş maketini mənimsədiyi iddiası ilə məhkəməyə vermişdi.